Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Axşam bu prospektlərə də - "Sarı zolaq" çəkiləcək

 

Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolağın” çəkilişi işləri davam etdirilir.

Yenixeber.org: “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.

Agentlikdən bildirilib ki, bu çərçivədə 11 və 12 iyul tarixlərində axşam saat 22:00-dan səhər saatlarınadək Atatürk və Qara Qarayev prospektlərində xətlənmə işləri aparılacaq. Sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Qeyd edək ki, “Sarı zolağın” çəkilişinə iyul ayının 8-dən start verilib və müəyyən edilən marşrut üzrə digər küçə və prospektlərdə artıq yekunlaşdırılıb. Zolağın çəkilişi ilə bərabər müvafiq nişanlanma işləri aparılır və yol nişanları quraşdırılır, həmçinin asfalt üzərində təyin edilən yerlərdə xüsusi boya ilə festivalın logosu da vurulur. Sadalanan işlərin iyul ayının 18-dək tam yekunlaşdırılması nəzərdə tutulub.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam