Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Türkiyəli alimdən koronavirusdan qorunmaq üçün resept

Çində ortaya çıxan və dünya əhalisini qorxu altında saxlayan koronavirusa qarşı türkiyəli alim Canan Karatay resept hazırlayıb.

Yenixeber.org: Bu barədə “İnternetHaber” məlumat yayıb.

Alimin sözlərinə görə, koronavirusun digər viruslardan fərqi yoxdur, sadəcə orqanizmin immunitetini gücləndirmək lazımdır:

“Texnologiyanın bu qədər inkişaf etməsinə baxmayaraq, viruslara qarşı hələ də mübarizə yolu tapılmayıb. Viruslar hər il formalarını, rənglərini dəyişdirərək qarşımıza çıxırlar”.

Buna görə professor ev şəraitində hazırlanan qatıq, sirkə, turşu yeməyi tövsiyə edib:

“Həmçinin, qaya duzu, çoxlu miqdarda kələm, brokkoli, gül kələm və turp yesəniz, immun sisteminiz güclənər, beləliklə, infeksiyaya yoluxmazsınız. Biz virusları onsuz da orqanizmimizdə daşıyırıq”.

“Qablaşdırmada olan heç nə yeməyəcəksiniz, şəkərli, qazlı içkilərdən və çörəkdən uzaq duracaqsınız. Hər gün kənd yumurtası yeyəcəksiniz. Kənddə hazırlanan kərə yağından istifadə edəcəksiniz, ancaq çörəksiz olmaq şərtilə...”, - deyə türkiyəli alim vurğulayıb.

Canan Karatay həmçinin, fıstıq yeməyi də tövsiyə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam