Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Səudiyyə Ərəbistanı kralı və ABŞ rəhbəri -G20-nin işini müzakirə etdilər

Səudiyyə Ərəbistanı kralı və ABŞ rəhbəri G20-nin işini müzakirə etdilər
Səudiyyə Ərəbistanın kralı Salman ben Adbel Əiz əl-Səud ABŞ prezidenti Donald Trampla telefon söhbətinin gedişatında Yaxın Şərqdə yaranmış vəziyyəti və G20-nin işini müzakirə ediblər.

Yenixeber.org: Bu barədə SPA agentliyi xəbər verir.

"Telefon danışığı zamanı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi G20-nin bu ilki işi, habelə təşkilatın iclasları zamanı COVID-19 pandemiyasının təsirini azaltmaq məqsədilə həyat və dolanışıqları qorumaq üçün göstərilən səylər müzakirə edilib", - deyə xəbərdə bildirilir.

Səudiyyə Ərəbistanı kralı ölkəsinin G20-yə rəhbərlik etdiyi dövrdə koronavirusun əhaliyə və iqtisadiyyata təsirləri ilə mübarizə səylərini dəstəkləməyə və əlaqələndirməyə davam edəcəyini təsdiqləyib.

Regiondakı mövcud vəziyyətə gəlincə, agentlik qeyd edib ki, Salman ben Adbel Əiz əl-Səud ABŞ-a sülhün yaradılması üzrə səylərinə görə minnətdarlığını ifadə edib.

O, həmçinin rəsmi Ər-Riysadın "Fələstin məsələsinin möhkəm və ədalətli nizama salınması" nailiyyətinə cəhdini təsdiq edib. Səudiyyə Ərəbistanının kralı vurğulayıb ki, bu, ərəb dünyasının sülh təşəbbüsü çərçivəsində səylər üçün əsas başlanğıc nöqtəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam