Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Trampın keçmiş müşaviri barədə cinayət işi başlanılıb-Məxfi məlumatları yaymaqda ittiham olunur

ABŞ-ın Ədliyyə Departamenti prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton barədə cinayət işi başlayıb.

Yenixeber.org: Bunu “The New York Times” yazıb.

C.Bolton bu ilin yayında işıq üzü görmüş “Hadisələrin baş verdiyi otaq” adlı kitabında məxfi məlumatları yaymaqda ittiham olunur.

Artıq kitabın nəşr edildiyi “Simon & Schuster” mətbəəsinin sahibi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadə verib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 17 ay Ağ evdə işləmiş C.Boltonu məhkəməyə vermişdi. Ağ evin rəsmiləri bildirib ki, müəllif açıqladığı informasiyalarla bağlı hökumətdən icazə almayıb.

C.Bolton 2018-ci ilin aprelindən 2019-cu ilin sentyabrınadək prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri işləyib. Lakin o, məxfi məlumatları yaymaq barədə ittihamları rədd edir. C.Bolton hesab edir ki, kitabında hazırkı prezidenti tənqid edib və həmin faktlar məxfi deyil.

“Con Bolton şəxsiyyət deyil, o, həbsxanada yatmalıdır. Mənfəət əldə etmək üçün çox gizli məlumatları açıqladı”, – D.Tramp öz bloqunda yazmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam