Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

“Paşinyan iflasa uğrayıb və açıq-aşkar yalan danışır” -Erməni politoloq

“Paşinyan iflasa uğrayıb və açıq-aşkar yalan danışır” -  Erməni politoloq
Baş nazir Nikol Paşinyan danışıqlarda iflasa uğradı və indi açıq şəkildə yalan yazır.
Yenixeber.org: Bu barədə erməni politoloq Karen Bekaryan bildirib. “O, kimləri axmaq hesab edir? Nəyi nə ilə müqayisə etdiyini anlamır?", - deyə Bekaryan Paşinyanın "Facebook"dakı açıqlamasına münasibət bildirərkən söyləyib.
Politoloq Paşinyanın 2018-ci ilə qədər Qarabağ məsələsinin dalana dirənmiş vəziyyətə gəlib çıxması və yeganə həll yolunun ərazilərin qeyd-şərtsiz təhvil verilməsi barədə fikirlərinə də toxunub: “Bu, başqa bir açıq yalandır, çünki şəxsən özü danışıqlar prosesini çıxılmaz vəziyyətə gətirdi. Azərbaycan Naxçıvan da daxil olmaqla sərhəd zonası boyunca mövqelərini yaxşılaşdırdı. Sən isə bacarmadığın üçün heç nə etmədin. Bir ildən çoxdur ki, cəmiyyətimizə bu cür düşünülməmiş razılaşmaların insanların həyatını xilas etsə də, müvəqqəti olduğunu izah edirik, çünki qarşı tərəf hazırlaşır.

İkincisi, hazırlıqsız, məsləhətləşmədən Dağlıq Qarabağı təmsil edə bilməyəcəyini deməklə danışıqlar prosesinin bütün gedişatını pozdu. Üçüncüsü, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verdi. Bütün diplomatik korpus və dövlət aparatı iflic olmuşdu. Bu vəziyyətdə diplomat nəyə güvənməli idi, nəyə görə mübarizə aparırdıq? Bircə tutarlı açıqlama verilmədi. Yeni təyin olunmuş xarici işlər naziri deyir ki, diplomatik deyil, hərbi sahədə məğlub olmuşuq. Başqa sözlə, marazm getdikcə güclənir".

Paşinyanın Şuşa ilə bağlı açıqlamasını şərh edən Bekaryan bildirib: “Onun səhər mətnini psixiatrlara göndərmək lazımdır, çünki ölkəni çökdürən, ərazilərdən imtina edən, bu qədər qurbana səbəb olan şəxs özü üçün mübarizə aparır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam