Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Türkiyə XİN -Myanmadakı hərbi çevrilişi pislədi

Türkiyə XİN Myanmadakı hərbi çevrilişi pislədi
Myanma silahlı qüvvələrinin hakimiyyəti ələ keçirməsini dərin narahatlıqla qarşılayır, şiddətlə qınayırıq. Türkiyə hər cür çevrilişə və hərbi müdaxiləyə qarşıdır.
Yenixeber.org: Bu barədə Türkiyə Xarci İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Həbs olunduğu bildirilən bütün seçilmiş liderlərin, siyasi xadimlərin və mülki şəxslərin dərhal sərbəst buraxılmasını gözləyirik.

Myanmada xalqın azad iradəsi ilə qurulan yeni parlamenti ən qısa müddətdə toplanmağa və seçilmiş liderlər, demokratik qurumlar qarşısında qoyulan maneələri aradan qaldırmağa çağırırıq.

Bu çətin durumun Myanmada ağır şərtlər altında yaşayan Rohinga müsəlmanlarının vəziyyətini daha da pisləşdirməyəcəyinə ümid edirik", -deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, Myanmada ordu ölkənin Prezidenti Vin Myini, dövlət müşaviri Aun San Su Kyini, habelə hakim “Demokratiya uğrunda Milli Liqa” partiyasını təmsil edən bir neçə yüksək vəzifəli şəxsi həbs edəndən sonra ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam