Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Yaponiyada zəlzələdən yaralananların sayı 30-a çatıb - YENİLƏNİB

 

         Yaponiyada baş verən zəlzələdə xəsarət alanların sayı 30-a çatıb.

Yenixeber.org: Bu barədə Kyodo xəbər portalı məlumat yayıb. 

Yaponiyanın şimal-şərq sahillərində 7,1 bal gücündə baş verən zəlzələ nəticəsində Miyaqi və Fukuşima prefekturalarında azı 30 nəfər xəsarət alıb. 950 min ev elektrik enerjisiz qalıb.

Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub, atom elektrik stansiyalarında anomaliyalar qeydə alınmayıb.

Yerli vaxtla saat 23:08 dəqiqədə qeydə alınan zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 60 kilometr dərinlikdə yerləşib.

                                               ***

20:10

Yaponiyada 7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Kyodo xəbər portalı məlumat yayıb. 

İlkin məlumata görə, 8 nəfər xəsarət alıb.

Yaponiya Meteoroloji Agentliyi zəlzələnin miqyasını və gücünü dəqiqləşdirib. Episentri Fokusima bölgəsində qeydə alınan yeraltı təkanların maksimum səviyyəsinin 7 bal olduğu bildirilib.

Sunami təhlükəsi proqnozlaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam