Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

“Paşinyanın dedikləri yalandır” -Kolerovdan “İsgəndər” açıqlaması

“Paşinyanın dedikləri yalandır” -  Kolerovdan “İsgəndər” açıqlaması
"Bu 3 il ərzində Paşinyan harada idi? Rusiya zay məhsul vermişdisə, niyə onu dəyişdirməyi tələb etməyib?".
Yenixeber.org: Bunu "Regnum" xəbər agentliyinin baş redaktoru Modest Kolerov Rusiyanın "İsgəndər" raketlərinin effektivliyi məsələsindən danışarkən deyib. O, baş nazir Nikol Paşinyanın fikirlərinin bütün Ermənistan ordusuna kölgə saldığını bildirib.

Kolerovun fikrincə, baş nazirin təxribat xarakterli, ziddiyyətli və səriştəsiz açıqlamaları Rusiyanın bu dövlətə olan inamını ciddi şəkildə sarsıdıb. O, hesab edir ki, Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə yeni oxşar açıqlamalar verəcək. Çünki bu Paşinyanın üslubudur:

“Hətta əgər raketlər faydasız olsaydılar belə, bu, o deməkdir ki, Ermənistanda üç il yarım ərzində onları yoxlayacaq, onlarla işləməyi öyrənən bir nəfər də olmayıb. Bu necə ordudur? Tutaq ki, Rusiya pis raketlər verdi. Bunu sübut edən hansısa bir akt, yoxlamalar aparıldığına dair dəlil haradadır? Keyfiyyətsiz bir məhsul gələndə alıcı akt tərtib edir, dəyişdirməyi təklif edir. Bəs bu üç il ərzində Paşinyan harada idi? Niyə dəyişdirilməsini istəmədi. Burada başqa bir məsələ də ola bilər. Bəlkə də erməni əsgərləri o raketdə istifadə edə bilmirlər. Yaxud da ondan istifadə edə bilməzlər. Dünən Rusiya Müdafiə Nazirliyi "İsgəndər"in Qarabağda istifadə olunmadığını izah etdi ki, bu da Paşinyanın açıqlamasını nümayişkaranə yalana çevirdi".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam