Sarkisyan Qasparyanla görüşdü-AÇIQLAMA

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanla görüşüb.
Yenixeber.org: Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Həmsöhbətlər son hadisələr nəticəsində yaranmış gərgin vəziyyəti müzakirə ediblər. Qeyd olunub ki, qəbul edilən qərarlardan asılı olmayaraq, ölkənin təhlükəsizliyi və sabitliyi birinci dərəcəli əhəmiyyətə malikdir.
Prezident Sarkisyan qeyd edib ki, Silahlı Qüvvələr hamının diqqət mərkəzində olmalıdır və ordu daim onun diqqət mərkəzində olacaq", - deyə məlumatda bildirilir.









AZ
RU