Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Erməni nazir jurnalisti belə döydü - VİDEO

 


Ermənistanın yüksək texnologiya və sənaye naziri Hakob Arşakyanın jurnalist Paylak Faxradyana necə hücum etdiyini göstərən video ortaya çıxıb.
Yenixeber.org: Bununla bağlı videogörüntüləri “Mediaport” teleqram kanalı paylaşıb.

Videomaterialda jurnalistin kompüter qarşısında əyləşərək işlədiyi əks olunur. Bu vaxt nazir ona yaxınlaşaraq əlini dartır, sonra üzünə yumruq vurur. Nazir bundan sonra kompüterə zərbə endirir.

Hadisədən sonra jurnalist feysbukdakı səhifəsində birbaşa yayıma çıxıb. "Mən nazirə yaxınlaşdım və soruşdum ki, niyə iş vaxtını kafedə keçirirsiniz? Arşakyan dedi ki, gecə işləyir və onun üçün bütün saatlar iş vaxtıdır. Bundan sonra o kamera ilə çəkilişi dayandırmağımı xahiş etdi.

Mən bunu edəndə nazir dedi ki, uzun müddət bu günü yadda saxlamalı olacam. Məni hədələməyə başladı. Cavabında bildirdim ki, əgər sən nazirsənsə, bu, o demək deyil ki, mənimlə belə tonda danışmalısan. Bundan sonra kompüterlə işləmək üçün yuxarı qalxdım. Arşakyan da yuxarı qalxdı və mənə hücum etdi. Budur, əlimə baxın, o, xəsarət yetirib. Arşakyan vurdu və kompüterimi də vurub xarab etdi. Masanın üzərindəki telefonuma da xəsarət yetirib", - jurnalist deyib.

Qeyd edək ki, Baş Prokurorluq Farhadyana hücum haqqında məlumatı iş üzrə materialların hazırlanması üçün Xüsusi İstintaq Xidmətinə göndərib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam