Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ermənipərəst lobbiçi korrupsiya qalmaqalına görə istefa verdi

Ermənipərəst lobbiçi kimi tanınan Avropa Parlamentinin keçmiş üzvü Frank Engel korrupsiya qalmaqalının qızğın anında Xristian Sosial Xalq Partiyasının Milli Komitəsinin sədri vəzifəsindən istefa verib.
Yenixeber.org: İstefa F.Engelin partiya yoldaşlarının onu 2019-cu ildə "ASBL CSV-Frëndeskrees" qeyri-kommersiya birliyi ilə saxtakarlıqla müqavilə bağlamaqda ittiham edərək prokurorluğa məlumat verməsindən sonra baş verib.

Qeyd edək ki, 2014-cü ildə F.Engel Avropa Parlamentində Dağlıq Qarabağdakı separatçı rejimlə qeyri-rəsmi olaraq yaradılan dostluq qrupuna rəhbərlik edib.

Ermənipərəst lobbiçinin 2017-ci ilin yayında erməni Tatev Manukyanla ailə qurduqdan sonra bal ayını orada keçirməsi də daxil olmaqla əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarına dəfələrlə qanunsuz səfərlər etdiyi məlumdur. O, daha sonra soyadına hətta "erməni" sonlu "yan" da əlavə edib.

F.Engel Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş müraciətləri və əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan qanunsuz separatçı rejimin təbliğatı ilə də yaxşı tanınır. (trend)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam