Ermənistan Müdafiə Nazirliyinin işçiləri belə daşınır -FOTO

Aprelin 8-i, səhər saatlarından giriş-çıxışı etirazçılar tərəfindən qapadılan Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları helikopterlərin köməyi ilə binadan evakuasiya olunur.
Yenixeber.org: Bununla bağlı erməni mediası xəbər verir. Məlumata görə, hər dəfə 25 nəfər olmaqla Müdafiə Nazirliyinin bütün əməkdaşlarını evakuasiya etmək qərarı verilib. Onlar “Erebuni” aeroportuna aparılır, daha sonra avtobuslarla metroyadək daşınır.
Qeyd edək ki, Qarabağ döyüşlərində itkin düşənlərin yaxınları artıq ikinci sutkadır nazirliyin işini iflic edib. Onlar ordu rəhbərliyindən itkin hərbçilərlə bağlı dəqiq informasiya tələb edirlər.









AZ
RU