Erməni politoloq Şuşa döyüşlərindən yeni görüntülər yaydı -VİDEO

Erməni politoloq Edqar Elbakyan Şuşa döyüşləri zamanı lentə alınan yeni videogörüntülər yayıb.
Yenixeber.org: Elbakyan kadrların şəhərin daxilində üzbəüz döyüşlər zamanı çəkildiyini bildirib.
"Hiyləgər kapitulyator (Baş nazir Nikol Paşinyan-red) yalan danışaraq hamını aldadıb deyəndə ki, Şuşa şəhəri uğrunda döyüşlər davam edir, o vaxt döyüşlər artıq çoxdan bitmişdi. Bu kadrlar isə kapitulyasiya aktına bir neçə gün qalmış Şuşanın mərkəzində çəkilib. Anladığım qədəri ilə kadrlara düşən yer Qazançı kilsəsinin qarşısındakı ərazidir",- erməni politoloq vurğulayıb.
Sosial mediada videogörüntülərə şərh verən ermənilər videonun 6 noyabrda şəhərə daxil olmuş mobil qrupların apardığı məhəllə döyüşlərinə aid olduğunu yazırlar.

AZ
RU