Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Mingəçevirdə -dələduzluq edən şəxs saxlanılıb

 

Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən vətəndaş Ə.Həsənzadə Xətai küçəsində naməlum şəxsin ona yaxınlaşıb danışmaq üçün mobil telefonunu istədiyini, vermədikdə isə xəsarət yetirib telefonu götürərək DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, zərərçəkənin müraciəti əsasında polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

“İsti izlər”lə həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sahil Osmanov saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və hadisə zamanı sərxoş vəziyyətdə olduğunu bildirib.  Zərərçəkmişə məxsus mobil telefon da S.Osmanovun yaşadığı evdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam