Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Sabah hava dəyişkən buludlu olacaq-PROQNOZ

 

Aprelin 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək. 

Aprelin 23-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 23-27, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sabah Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam