Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Koçaryanla Paşinyanın məhkəmə çəkişməsi başladı-İTTİHAM

 

Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın baş nazir vəsifəsini icra edən Nikol Paşinyana qarşı iddiasına baxmağa başlayıb.

Yenixeber.org: Xatırladaq ki, Koçaryan Paşinyanı böhtan atmaqda günahlandırır.

İddia 2020-ci ilin aprelində qaldırılıb. Keçmiş dövlət başçısının vəkillər qrupunun mətbuat katibi Elina Saakova bildirib ki, söhbət Paşinyanın referendum kampaniyası çərçivəsində Sünik (Zəngəzur) bölgəsindəki mitinqlərin birində səsləndirdiyi fikirlərdən gedir. Belə ki, Paşinyan Koçaryanın dövlətdən mənimsədiyi böyük məbləğdə pulları ordunun ehtiyaclarına yönəldəcəyini demişdi.

Mətbuat katibinin sözlərinə görə, iddiaçı təxminən 4 min dollara bərabər olan 2 milyon dram təzminat tələb edir. İddiaya dair ilkin dinləmələr bu gün keçirilib.

Hakim Aleksey Sukoyan tərəfləri barışığa dəvət edib. Növbəti iclas 14 sentyabr tarixinə təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam