Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Qadının elektrik naqililə boğularaq öldürüldüyü evdən görüntülər -VİDEO

Qadının elektrik naqililə boğularaq öldürüldüyü evdən görüntülər - VİDEO

Qətlin üstü hələ açılmayıb

Yenixeber.org: Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qətlin üstü hələ açılmayıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Qonşuların verdiyi məlumata görə, qətlə yetirilən 30 yaşlı Turanə Cəfərova öldürüldüyü mənzildə kirayə və tək yaşayırmış. Hadisə baş verən zaman isə yan mənzildə təkcə 9 yaşlı uşaq olub.

Bina sakinləri sözügedən şəxslə sadəcə ara-sıra həyətdə qarşılaşdıqlarını, heç bir ünsiyyətdə olmadıqlarını deyir.

Qonşular bildirir ki, qətlə yetirilən qadının indiyədək narahatedici davranışının şahidi olmayıblar.

Naxçıvan Muxtar Respublikasının sakini olan Turanə Cəfərovanın elektrik naqili ilə boğulduğu ehtimal edilir.

Faktla bağlı Sabunçu Rayon Prokurluğunda araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam