Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Döyülən həkim Qarabağ qazisinə nə deyib? -VİDEO

Döyülən həkim Qarabağ qazisinə nə deyib? - VİDEO

 Yenixeber.org: Sosial şəbəkə üzərindən canlı bağlantı quran kanal məsələ ilə bağlı Bərdənin Nəcəfqulubəyli kəndinə yollanıb.

Çəkiliş zamanı Qarabağ qazisini tanıyan döyüş yoldaşları, qohumları və kənd camaatı danışıb və baş verənlərlə bağlı bildiklərini söyləyiblər. Qeyd ediblər ki, Qarabağ qazisi Şəmayıl Mustafayev sentyabrda başlayan İkinci Qarabağ döyüşlərində oğlunu döyüşə yollayıb və hazırda Laçında düşmənlə sərhəddə xidmət edir.

Döyüş yoldaşları Qarabağ qazisinin kəndə gələndən sonra komissiya zamanı baş verənlərlə bağlı söylədiklərini də qeyd ediblər:

İlyasov Nizami Hümbət oğlu: “Mən onun özüylə danışdım. Dedi ki, oturdum və həkimlər sənədimə baxdı. Xanım mənə dedi ki, sizin sənəd saxtadır, siz əlil deyilsiniz. O da deyib ki, həkim heç olmasa məni vicdanla yoxlayıb qərar verin. Həkim də ona deyib ki, mənim vicdanım var, siz vicdandan bixəbər insanlarsız. Deyir ondan sonra özümü itirdim, çünki söz mənə pis təsir elədi”.

Qarabağ qazisi, II qrup əlil Musayev Fikrət Musa oğlunun səsləndirdiyi fikirlər: “Şəmayıl deyib ki, burda, rahat stolda oturmusunuz, bu işə haqla yanaşın. Cavabında deyiblər ki, orda vuruşan oğlanlar haqlıydılar? Və həmin yeri kamera görüntülərindən kəsiblər”.

Daha ətraflı videoda baxa bilərsiniz:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam