Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Üçüncü doza gəlir... –“3 ay sonra 2 dəfədən çox zəifləyir”

Üçüncü doza gəlir... – “3 ay sonra 2 dəfədən çox zəifləyir”

Havaların soyuması səbəbindən mövsümi xəstəliklərin çoxalması, insanların immun sisteminin zəifləməsi müşahidə edilir.

Yenixeber.org: Pandemiya dövründə immun sistemiminin zəifləməsi heç də yaxşı hal deyil. Mütəxəssislər hesab edir ki, havaların soyuq keçməsi pandemiyanın daha geniş yayılmasını zəruri edir. Hazırda dünyanın qabaqcıl ölkələrində yeni dalğaların yaranmasının və virusun yayılmasınıbn qarşısının alınması üçün vaksinin üçüncü dozasının vurulmasına başlanılıb.

Üçüncü doza vaksinin vurulması hansı nəticələri verə bilər?

İnfeksionist Nicat Əzimli Yenisabah.az-a açıqlamasında üçüncü doza vaksinin bizim ölkə üçün daha vacib olduğunu bildirib.

“Bildiyimiz kimi, effektinə görə ən güclü vaksinlər m-RNT və “Vektor” vaksinləridir. Bunların belə qoruyuculuğu 3 ay sonra 2 dəfədən çox zəifləyir. Azərbaycanda bu günə qədər əksəriyyətə tətbiq olunan vaksin coronavac olub. Coronavacın effekti 2-ci dozadan sonra 3 ay belə qalmır, bu o deməkdir ki, 3-cü doza vaksin bizə digər ölkələrdən daha vacibdir.

3-cü dozanın məqsədi zəifləmiş süni immuniteti optimizasiya etmək və ömrünü uzatmaqdır. Bu səbəbdən üçüncü dozanın yoluxma saylarında azalmadan çox, ehtimal daxilində olan artımın qarşısını almaqda effekti var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam