Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

“İnventarında Türkiyə TB2-lərini məhv edəcək silahı olmayan bütün ölkələr narahat olmalıdır”:Yuri Mavaşev

“İnventarında Türkiyə TB2-lərini məhv edəcək silahı olmayan bütün ölkələr narahat olmalıdır” – Mavaşev

Rusiya mərkəzli “TopWar”ın təhlilində “İnventarında Türkiyə TB2-lərini məhv edəcək silahı olmayan bütün ölkələr narahat olmalıdır” ifadəsi diqqət çəkib.

Yenixeber.org: Təhlildə rusiyalı şərqşünas Yuri Mavaşevin türk dronları ilə bağlı fikirlərinə geniş yer verilib.

Məqalədə qeyd edilib ki, bütün dünya nəfəsini tutub Rusiyanın Ukrayna ilə müharibəyə girməsini gözlədiyi bir vaxtda Türkiyə “Bayraktar”ları Ankara üçün çox həssas olan bir çox nöqtədə gözəçarpan şəkildə görünməyə başlayıb:

“Türkiyədən fərqli olaraq, digər ölkələr isə bu fəallığa qarşı açıq addımlar ata bilmirlər.

Ötən həftə Türkiyənin beş PUA-sı İdlib üzərində kəşfiyyat uçuşu həyata keçirib. Türk PUA-ları İran və Ermənistan səmasında da öz yerini tutub. Türkiyə bir çox sahədə təsiredici aktor olmaq istəyir və Şimali Afrika, Əfqanıstan və Orta Asiyaya qədər təsir dairəsi yaratmağa çalışır.

Şərqşünas Yuri Mavaşev deyir: “Mən Türkiyə aviasiyasının səfərbər olmasını kiminsə torpağından bir parça ələ keçirmək planı ilə əlaqələndirmirəm”.

Amma məlumdur ki, Suriya uzun müddətdir Ankara üçün problemdir. Türklər Suriyada nəzarət etdikləri torpaqlardan kifayət qədər razıdırlar. Qalan hallarda isə onlar əməkdaşlığın önəmini vurğulayan başqa yollarla işləyirlər.

Yuri Mavaşev bildirir:

“Rusiyaya gəlincə, Rusiya ilk növbədə qondarma müttəfiqi Prezident Bəşər Əsəddən ehtiyatlı olmalıdır. Əsəd uzun müddətdir müttəfiqliyə uyğun gəlməyən davranış sərgiləyərək, İrana qapı açdı və Rusiyanın təsirini minimuma endirdi. Elə vaxt gələ bilər ki, Əsədin kreslosu ilə vidalaşması Rusiyanın marağında olsun”.

Yuri Mavaşev fikirlərini belə davam etdirir:

“Türklər hər hansı bir bölgəni ələ keçirmək istəsəydilər, bunu çoxdan edərdilər. Amma onların belə bir məqsədi yoxdur. Sadəcə indiki sərhədləri daxilində özlərini rahat hiss etmək istəyirlər. Türklərin Qərblə geniş qarşılıqlı əlaqə təcrübəsi var və Qərbin mövqelərini itirməsindən və bölgədə siyasi boşluq yaratmasından istifadə edir”.

“Bayraktar”ların artan uçuşlarına gəlincə, bunları zərərsizləşdirmək üçün silahı olmayan hər bir ölkəni narahat etməlidir.

Türkiyə Prezidenti Ərdoğanın siyasətinin arxasında duran motivləri düzgün anlamaq vacibdir. Məsələn, Türkiyə Rusiya-Ukrayna münaqişəsində vasitəçilik etməkdə maraqlı olduğunu bildirəndə bəzi politoloqlar Ərdoğanın Donetsk və Luqanskdakı vəziyyətə müdaxilə edəcəyini deyirlər. Amma Türkiyə bu açıqlamaları ilə güc olaraq aktiv rol oynamağa başladığını göstərir.

Bundan əlavə, Türkiyə Qərb ölkələrinin iştirakı olmadan Qafqaz regionunda yeni strukturlaşma formulunu təklif edir. “3+3″: Ermənistan, Azərbaycan, Gürcüstan və Rusiya, İran, Türkiyə”./Teleqraf/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam