Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Qaz təchizatında fasilə yaranacaq -Bakının üç rayonunda

Bakının üç rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Yenixeber.org: “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Nəsimi rayonu ərazisində daşıyıcı qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması və Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə ünvanında daşıyıcı qaz xəttinin yerinin dəyişdirilərək polietilen qaz xətti ilə əvəzlənməsi və təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar 07.01.2022-ci il tarixdə saat 11:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, 20 Yanvar, Mir Cəlal, Alı Mustafayev, Ceyhun Səlimov, C.Məmmədquluzadə küçələrinin, 2, 3, 4 və 5-ci mikrorayonların, Binəqədi rayonunun Xutor yaşayış massivi ərazisinin RİQ-1, 325, 321 saylı qazanxanaların, Mərkəzi Hərbi Klinik Hospitalın və Yasamal rayonu ərazisində “Main” Yaşayış Kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam