Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Avropa Parlamentinin rəhbəri -David Sassoli vəfat edib

 

Avropa Parlamentinin prezidenti, tanınmış siyasətçi və jurnalist David Sassoli vəfat edib.

Yenixeber.org: Qeyd edilir ki, o, İtaliyada 66 yaşında dünyasını dəyişib. David Sassolinin mətbuat katibi xəbəri təsdiqləyib. İlkin məlumata görə, Avropa Parlamenti rəhbərinin ölümünə immun sistemi pozğunluğu səbəb olub.

Sassolinin mətbuat katibi Roberto Kuilyo Avropa Parlamentinin prezidentinin İtaliyanın Aviano şəhərində, yerləşdirildiyi Onkologiya Mərkəzində yerli vaxtla saat 01:15-də (Bakı vaxtı ilə saat 04:15-də-red) vəfat etdiyini bildirib. O, qeyd edib ki, Sassolinin dəfn mərasininin vaxtı yaxın saatlarda açıqlanacaq.

Kuilyo bazar ertəsi Sassolinin immun sistemi pozğunluğu ilə əlaqədar dekabrın 26-da İtaliyada xəstəxanaya yerləşdirildiyini bildirib.

Qeyd edək ki, o, ötən ilin sentyabrında pnevmaniya səbəbindən Strasburqda xəstəxanaya yerləşdirilmişdi. Həkimlər David Sassolinin vəziyyətini normal qiymətləndirdilər. Müayinə nəticəsində ona pnevmaniya diaqnozu qoyulmuşdu, sonra müvafiq müalicə keçirilmişdi. Sassoli Avropa Parlamentinin plenar sessiyası zamanı xəstəxanaya aparılmışdı.

O, Avropa Şurasını Qarabağ probleminin həllinə səy göstərmədiyinə görə tənqid etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam