Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

İspaniyanın turizm sektoru -COVID-19 təsiri ilə 164 milyard avro itirib

İspaniyanın turizm sektoru COVID-19 təsiri ilə 164 milyard avro itirib

İspaniyanın turizm sektoru COVID-19 pandemiyasının təsiri ilə son 2 ildə 164,391 milyard avro itirib.

Yenixeber.org: Bu barədə İspaniyanın “Exceltur” turizm sənayesi birliyinin açıqlamasında bildirilib.

Məlumata görə, 2019-cu ildə turizm fəaliyyətlərindən əldə edilən 154,738 milyard avroluq gəlir, 2020-ci ildə 52,539 milyard avroya (2019-cu illə müqayisədə 2,9 dəfə az), 2021-ci ildə isə 88,546 milyard avroya (2019-cu illə müqayisədə 42,8 % az) enib.

İspan turizminin bu il də 2019-cu il rəqəmlərinə çatmayacağı vurğulanan açıqlamada, turizm fəaliyyətlərindən əldə edilən ümumi gəlirin 2022-ci ildə 135,461 milyard avro (2019-cu ilə nisbətən 19,277 milyard avro və ya 12,5 % az) olacağı təxmin edildiyi qeyd edilib.

Pandemiyadan əvvəl turizm sektorunun ümumi milli məhsulda (ÜDM) payı 12,4 % təşkil etdiyi halda, 2020-ci ildə 5,4 %-ə, 2021-ci ildə isə 7,4 %-ə düşüb. Turizmin ÜDM-də payı bu il 10,5 %-dək artacağı gözlənilir.

Mütəxəssislər isə yoluxmaların sayının sürətlə artmasına səbəb olan "Omicron" variantının qısa müddətdə bu ilki turizm sektoruna təsirinin qeyri-müəyyən olduğunu, 2023-cü il üçün daha optimiz olduğlarını və 2019-cu ilin rəqəmlərinə çata biləcəklərini ifadə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam