Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Zəngəzurdakı ermənilər “Öncə vətən” şüarından həyəcanlandılar

Zəngəzurdakı ermənilər “Öncə vətən” şüarından həyəcanlandılar

Qubadlı rayonunun Şurnuxu kəndi ərazisində yerləşən Azərbaycan Ordusunun mövqeləri yaxınlığındakı təpəyə “Öncə vətən” şüarının yazılması qarşı tərəfdəki erməniləri həyəcanlandırıb.

Yenixeber.org:  Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan bununla bağlı hay-həşir salıb. “Öncə vətən” kəlməsinin millətçi şüar olduğunu iddia edən Tatoyan Azərbaycan mövqelərilə üzbəüz ərazidə yaşayan ermənilərin bundan narahat olduğunu vurğulayıb.
O, təpəyə yazılan şüarı həm də psixoloji təzyiq hesab edib.
A.Tatoyan Azərbaycan Ordusunun mövqeyini və “Öncə vətən” şüarının şəkillərini çəkərək sosial şəbəkədə tirajlayıb.

Şurnuxu yarısı Azərbaycan Respublikasının Qubadlı rayonunda, digər yarısı isə Ermənistan Respublikasının Sünik vilayətində olan kənddir. 4 yanvar 2021-ci ildə Şurnuxu kəndinin Azərbaycan sərhədlərinə düşən hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı sancılıb və həmin hissə Qubadlı rayonunun tərkibinə daxil edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam