Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

 

Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib.

Yenixeber.org: Bununla bağlı Prezident İlham Əliyev “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dəyişikliklə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsi aşağıdakı redaksiyada verilib:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı

Strateji planlaşdırma və monitorinq baş idarəsi

Qanunvericilik baş idarəsi

Ədliyyə sahəsində xidmətlər baş idarəsi

İcra baş idarəsi

Probasiya xidməti (baş idarə səlahiyyətli)

Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)

İnsan resursları baş idarəsi

Beynəlxalq əməkdaşlıq idarəsi

İnsan hüquqları və kommunikasiya idarəsi

İstintaq idarəsi

Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)

İnformasiya texnologiyaları və innovasiyalar idarəsi

Katiblik (idarə səlahiyyətli)

Maliyyə və təminat idarəsi.

Dəyişiklikdən əvvəl “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsi aşağıdakı kimi idi:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatı

Təşkilat-nəzarət baş idarəsi

Qanunvericilik baş idarəsi

Qeydiyyat və notariat baş idarəsi

İcra baş idarəsi

Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)

Probasiya xidməti (baş idarə səlahiyyətli)

Beynəlxalq əməkdaşlıq idarəsi

İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi

İstintaq idarəsi

Kadrlar idarəsi

Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)

Katiblik (idarə səlahiyyətli)

Maliyyə və təminat idarəsi

İnformasiya-kommunikasiya texnologiyaları idarəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam