Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ukrayna Ali Radasının nümayəndə heyəti Azərbaycanda-FOTO

“Ümummilli Lider Heydər Əliyevin 100 illiyi”nə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirak etmək məqsədilə Ukrayna Ali Radası Sədrinin müavini xanım Olena Kondratiukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. 

Yenixeber.org: Bu barədə Milli Məclis sədrinin müavini Adil Əliyev "Facebook" hesabında bildirib.  

"Görüşdə ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərdən bəhs edərək, qarşılıqlı fəaliyyətin hər iki ölkənin mənafeyinə uyğun olmasını qeyd etdik. Eləcə də, Ermənistanın 30 il davam etmiş təcavüzündən bəhs edərək, işğal altında qalmış rayon və şəhərlərimizin xarabalıqlara çevrilməsini bildirdim. İşğaldan sonra isə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış abadlıq-quruculuq işlərindən bəhs edərək, beynəlxalq hava limanlarının tikilməsini, “ağıllı şəhər”, “ağıllı kənd” kimi müasir layihələrin salınmasını, nəticədə məcburi köçkünlərin 30 ildən sonra öz evlərinə geri qayıtmasını bildirdim",- deyə o qeyd edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam