Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Paşinyan Qarabağı təhvil verdi, növbə dəhlizindir -Oskanyan

"Paşinyan Qarabağı təhvil verdi, növbə dəhlizindir". 

Yenixeber.org: Bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan baş nazir Nikol Paşinyanın dünənki açıqlamalarını şərh edərkən deyib. 

"Qarabağın və anklavların Azərbaycana verilməsindən sonra Ermənistan hakimiyyəti tezliklə dəhliz aça bilər. Tezliklə eşidəcəyik ki, Azərbaycana “dəhliz məntiqində olmayan” dəhliz də verilir. Lakin bu gün görülən hər bir işin ciddi alternativi var. Ən qısa müddətdə vasitəçi ölkələrin və bu məsələdə maraqlı olan dövlətlərin nöqteyi-nəzərində dəyişiklik etmək tamamilə mümkündür. Beynəlxalq ictimaiyyət və Azərbaycan bilməlidir ki, Paşinyanın qərarı iki xalq arasında sülh gətirməyəcək. Baş nazir sənədi imzalasa belə, bu, yalnız tarixin təbii axarından müvəqqəti sapma olacaq", - Oskanyan əlavə edib. 

Qeyd edək ki, dünən Paşinyan Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınması barədə fikirlər səsləndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam