Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

İlham Əliyev:“Azərbaycan və İsrail arasında fəal siyasi dialoq qurulub”

“Bu il Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə çatdıracaq, eyni zamanda, sıx qarşılıqlı fəaliyyət üçün daha geniş imkanlar yaradacaq”.

Yenixeber.org: Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İsrail Prezidenti İsxaq Hersoq ilə görüşdən sonra deyib.

"Səfəriniz ölkələrimiz arasında sıx tərəfdaşlıq münasibətlərini nümayiş etdirir. İnanıram ki, bu səfər ikitərəfli əlaqələrimizi möhkəmləndirəcək", - Azərbaycan Prezidenti bildirib.

O, ölkələr arasında fəal siyasi dialoqun qurulduğunu nəzərə çatdırıb: "Biz İsrail Prezidenti ilə telefonla əlaqə saxlayırıq. İndi isə onun rəsmi səfəri zamanı ikitərəfli gündəlikdə olan mühüm məsələləri həll etmək üçün daha çox imkanlarımız var".

Azərbaycan Prezidenti iki ölkə arasında ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu da qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam