Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Bu dövlət Ukrayna ilə əks-hücumla bağlı əlaqədədir - RƏSMİ AÇIQLAMA

      "Ukrayna bu yay əks-hücum əməliyyatına başlamağa hazırlaşır".

Yenixeber.org: Bunu Ağ Evin sözçüsü Con Kirbi CNN-ə bildirib.

Onun sözlərinə görə, rəsmi Kiyev tezliklə çatdırılacaq daha çox silaha arxalana bilər.

"Biz istəyirik ki, Ukrayna yayda hücuma hazırlaşarkən özünü müdafiə etmək üçün lazım olan hər şeyə sahib olsun. Biz yay aylarında Ukraynaya hərbi texnikanın ötürülməsini, müdafiə sistemlərinin tədarükünü davam etdirmək niyyətindəyik, o cümlədən çox yaxın gələcəkdə", - Kirbi deyib.

Daha konkret tarixlərlə bağlı suala rəsmi cavab belə olub ki, ABŞ və Ukrayna əks-hücumla bağlı planlaşdırmanın əvvəlindən əlaqədədir.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam