Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

DSX rəisi:“Sərhəd infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər görülür”

“Son illər sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin müəyyən transformasiyasını, transsərhəd cinayətinin yeni növ və formalarının meydana çıxmasını, coğrafiyasının genişlənməsini müşahidə edirik”. 

Yenixeber.org:  Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında bildirib. 

Xidmət rəisi vurğulayıb ki, bu, öz növbəsində, sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün yeni yanaşma və həll yollarının axtarışı və tətbiqinin aktuallığını şərtləndirir. 

“Bu baxımdan, gedən proseslərin vaxtında və düzgün qiymətləndirilməsi, sərhəd təhlükəsizliyinin təmin edilməsinə kompleks və səmərəli yanaşma beynəlxalq terrorizm, separatizm, transsərhəd cinayətlər, o cümlədən qeyri-qanuni miqrasiya, narkotik vasitələrin və digər qadağan olunmuş materialların qaçaqmalçılığı ilə mübarizədə təsirli vasitədir”, - E.Quliyev qeyd edib. 

General-polkovnik vurğulayıb ki, sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqətindədir. 

"Son 20 il ərzində dövlət başçısı Dövlət Sərhəd Xidmətinin müxtəlif hərbi hissələrinə 40 dəfədən çox səfər edib, bölmələrdəki vəziyyətlə şəxsən tanış olub. Cənab Prezidentin bilavasitə dəstəyi ilə sərhəd təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üzrə kompleks tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir”, - E.Quliyev əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam