Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ermənistanda AES tikintisinin maliyyələşdirilməsinə hazırıq -Mişustin

"Rusiya Ermənistan da daxil olmaqla, Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) tərəfdaşları ilə onların ərazisində atom elektrik stansiyasının tikintisinin maliyyə məsələlərini müzakirə etməyə hazırdır". 

Yenixeber.org:  Bunu Rusiyanın baş naziri Mixail Mişustin “Avrasiya mənim evimdir” sərgisində deyib. 

"Həmçinin aqreqatların gücü ilə bağlı parametrləri də müzakirəyə hazırıq", - o əlavə edib. 

Sərgidə Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib. 

“Rosatom” pavilyonunda nümayəndə heyətlərinin rəhbərlərinə Rusiya-Belarusun birgə layihəsi olan dünyanın ən yeni və ən səmərəli atom elektrik stansiyasının layihəsi haqqında məlumat verilib. Bu atom elektrik stansiyasında 1200 meqavat gücündə iki enerji bloku var. 

Hazırda Belarus AES-in birinci bloku artıq istismara verilib, ikincisi sınaqdan keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam