Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Taxıl sazişi" kommersiya sazişinə çevrilib -LAVROV

Qərbin bütün maneələrinə baxmayaraq, Rusiya gübrə və ərzaqlarının ixracı davam edir. 

Yenixeber.org:  Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli və xarici media üçün keçirdiyi onlayn brifinqdə bildirib. 

İyulun 17-də müddəti başa çatacaq "Taxıl sazişi"ndən danışan Lavrov qeyd edib ki, bu müqaviləyə xitam veriləcəyi təqdirdə Rusiya Federasiyası öz hesabına ən yoxsul ölkələrə lazımi həcmdə taxıl tədarükünü təmin edəcək. 

Rusiya XİN başçısı "Taxıl sazişi"ndəki razılaşmalara qərb ölkələrinin riayət etmədiyini söyləyib. Bildirib ki, saziş çərçivəsində ixrac olunan taxılın çox az həcmi yoxsul ölkələrə gedib çatır. Onun sözlərinə görə, "Taxıl sazişi" kommersiya sazişinə çevrilib. 

Lavrov bildirib ki, Rusiya “Taxıl sazişi”ni uzatmaq üçün heç bir səbəb görmür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam