Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Zelenski:"ABŞ-nin dəstəyini itirə bilmərik"

"ABŞ-də 2024-cü il prezident seçkilərinin nəticələrinə baxmayaraq, Vaşinqtonun Ukraynanı dəstəkləməyə davam edəcəyinə əminəm".

Yenixeber.org:  bu sözləri Ukrayn Prezidenti Volodimir Zelenski İspaniya mətbuatına müsahibəsində deyib.

"Birləşmiş Ştatlar Rusiyanın tammiqyaslı işğalı başlayandan Ukraynanı güclü şəkildə dəstəkləyir. Rusiyaya qarşı mübarizədə bizə kömək etməyin vacibliyini həm demokratlar, həm də respublikaçılar anlayırlar", - Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, ABŞ-də hər iki partiyanın dəstəyini itirməmək lazımdır, çünki bu ölkə silah və maliyyə sahəsində liderdir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan ABŞ Ukraynaya təxminən 63 milyard dollar yardım göstərib.

İyunun 27-də ABŞ əks-hücum əməliyyatlarını dəstəkləmək və hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya növbəti hərbi yardım paketini elan edib, onun dəyəri 500 milyon dollar dəyərində qiymətləndirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam