Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Fransada fövqəladə vəziyyət elan oluna bilər -Əhalinin 70 faizi belə istəyir

Fransızların 70 faizi ölkədə fövqəladə vəziyyətin tətbiqini istəyir
Fransa əhalisinin təxminən 70 faizi Nanter şəhərində 17 yaşlı yeniyetmənin polis tərəfindən güllələnməsindən sonra ölkəni bürüyən iğtişaşlarla bağlı fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyir.
Yenixeber.org: Bu barədə məlumat Fransanın “Ifop” İctimai Rəy İnstitutu tərəfindən keçirilən sorğunun nəticələrində əksini tapıb.
Rəy sorğusunda iştirak edən fransızların 69 faizi ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqinə tərəfdar olduğunu bildirib. Həmçinin onların əksəriyyəti ölkənin müxtəlif bölgələrində baş vermiş zorakılığı qınayıb. Eyni zamanda, respondentlərin 57 faizi polis və jandarmeriyanın fəaliyyətini dəstəkləyib.
İyunun 29-30-da keçirilən sosioloji tədqiqatda yaşı 18-dən yuxarı mindən çox Fransa vətəndaşı iştirak edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam