Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

MİT MOSSAD-ın İstanbulda 7 casusunu tutdu -2-si türkdür

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirdi - Məşhur terrorçu öldürüldü          
          Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İstanbulda kritik əməliyyat keçirib.

Yenixeber.org: İsrail Milli Kəşfiyyat Xidməti MOSSAD-da işlədiyi müəyyən edilən 7 nəfər İstanbulda tutulub. Onlardan 2-sinin türk olduğu bildirilir.

Qeyd olunur ki, MİT İstanbul Regional İdarəsinin Əks-Kəşfiyyat bölmələri MOSSAD-ın Türkiyədəki kəşfiyyat fəaliyyətlərini aylarca addım-addım təqib edib.

MOSSAD-ın Türkiyədə yaşayan əcnəbiləri uzaqdan onlayn marşrutlaşdırma texnikasından istifadə edərək izlədiyi müəyyən edilib. Sonra əməliyyat üçün düyməyə basılıb.

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin təşkil etdiyi siyasi və hərbi casusluq əməliyyatında tutulan 7 nəfər dindirilərkən MOSSAD-a işlədiklərini etiraf edib.

MİT-in əldə etdiyi məlumata görə, MOSSAD kəşfiyyat və izləmə qabiliyyətinə malik şəxsləri xüsusi olaraq seçərək xaricdə öyrədib. MİT, həmçinin MOSSAD-ın kəşfiyyat məlumatı toplamaq və SİHA-larla əməliyyatın keçiriləcəyi yerləri müəyyən etmək üçün İstanbulda cəlb etdiyi ərəbəsilli casusları ilk növbədə Livan və Suriyaya göndərdiyini müəyyən edib.("Haber Global")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam