Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ukrayna Rusiya ilə danışıqlardan imtina etdi

 
"Təcavüzkar ölkə öz qoşunlarını ərazimizdən çıxarana və törətdiyi hərbi cinayətləri etiraf etməyənə qədər Ukrayna Rusiya ilə danışıqlardan imtina edir".
Yenixeber.org:  Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.
"Rusların ənənəvi "danışıq sızıltısı" yenidən nümayiş etdirilir: "Bizimlə danışmaqdan imtina edirlər!" Bəli, edirlər. Çünki axmaqlıqdır", - o yazıb.
Podolyak vurğulayıb ki, beynəlxalq hüququ və qlobal təhlükəsizlik nizamını pozan Rusiyadır.
"Məhz işğalçı ölkə genişmiqyaslı, qanlı, səbəbsiz müharibə təşkil edib, digər ölkənin dinc əhalisini qanadlı raketlərlə nümayişkaranə şəkildə terrora məruz qoyub, minlərlə insanı qətlə yetirib.
"Burada nə və kiminlə danışmaq? Moskva danışıqlar istəyirsə, yol bəllidir. Ukraynanı tərk edin,
müharibə cinayətlərini etiraf edin və bu əmələrə görə cavab verin", - Podolyak əlavə edib.
Bu gün Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsi təhlükəsizliklə bağlı danışıqlara hazırdır, lakin Ukrayna onlardan imtina edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam