Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Xalqlar arasında nifrətin qızışdırılması yolverilməzdir -Ombudsman

 Ermənistan hakimiyyəti tərəfindən formalaşdırılmış və hazırda da davam etdirilən Azərbaycanofobiya siyasətinin nəticələri sosial şəbəkələrdə erməni istifadəçilərin şərhlərində özünü daha qabarıq şəkildə göstərməkdədir. 

Yenixeber.org:Bu fikirlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın sosial şəbəkə hesabındakı paylaşımında yer alıb. 

Qeyd edilib ki, son zamanlar müxtəlif əsassız bəyanatlar verilməsi, erməni mətbuatında və sosial şəbəkə seqmentində təbliğat yolu ilə ermənilərdə Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı qatı mənfi fikirlər formalaşdırılması, sülh və birgəyaşayışın mümkün olmamasına dair fikirlərin ortaya atılması Ermənistan hakimiyyətinin Azərbaycanla sülh əldə edilməsində maraqlı olmadığını göstərir. 

"Hesab edirik ki, xüsusilə hazırkı postmüharibə dövründə xalqlar arasında nifrətin qızışdırılması, nifrət nitqinin geniş yayılması, insanların etnik mənsubiyyətinə görə alçaldılması kimi hallar yolverilməzdir və bu tendensiyaların qarşısının alınması üçün zəruri addımlar atılmalıdır", - paylaşımda vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam