Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

ABŞ İnstitutu:“Çin və Rusiya arasında Ukraynadakı müharibə ilə bağlı ziddiyyətlər var”

 “Çin və Rusiya arasında Ukraynadakı müharibə ilə bağlı ziddiyyətlər yaranıb”.

Yenixeber.org:  Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çin Kommunist Partiyasının Xarici İşlər üzrə Mərkəzi Komissiya Ofisinin direktoru Vanq Yi arasında aparılan danışıqlar göstərir ki, Pekin müharibəni dayandırmaq üçün təklif olunan nizamlamalar məsələsində Moskva ilə getdikcə fikir ayrılığına düşür.

Amerikalı analitiklərin fikrincə, Rusiya ilə Çin arasında fikir ayrılıqlarının yaranması gözlənilən olub.

Həmçinin bildirilib ki, Rusiya Ukraynadakı hərbi texniki itkilərini kompensasiya etmək üçün sovet dövründən qalma ehtiyatından istifadə etməyə davam edir.

Qeyd edək ki, S.Lavrovla V.Yi avqustun 7-də telefonla danışıblar. Tərəflər Ukraynadakı müharibəni müzakirə ediblər.

Onlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam