Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Hikmət Hacıyevdən "Forbes"dəki qərəzli məqaləyə REAKSİYA

 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Forbes”də yayımlanmış qərəzli məqaləyə münasibət bildirib. 

Yenixeber.org:Hikmət Hacıyev Tvitter paylaşımında Euelina Oçabın müəllifi olduğu məqalənin reallığı təhrif etdiyini, birtərəfli olduğunu və Ermənistanın təbliğat maşını tərəfindən istifadə edildiyini qeyd edib. 

“Euelina Oçab, sizin “Forbes”dəki məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat/dezinformasiya maşını tərəfindən istifadə edilir. Bir insan haqları vəkili olaraq siz heç vaxt Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış milyondan çox azərbaycanlının hüquqları və ağır vəziyyətinə dair məsələ qaldırmamısınız. Azərbaycan Ermənistan tərəfindən dağıdıcı 30 illik hərbi işğaldan əziyyət çəkib. Ermənistanın yerləşdirdiyi milyonlarla minaların nəticəsində gündəlik olaraq azərbaycanlı mülki şəxslər mina terrorunun qurbanına çevrilirlər. Laçın yolu Ermənistan tərəfindən minaların qanunsuz daşınması üçün istifadə edilib”, - Prezidentin köməkçisi vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam