Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Dünya ən təhlükəli ŞƏHƏRLƏRİ

 

“Numbeo” Tədqiqat İnstitutunun reytinqinə əsasən, Siciliyadakı Kataniya şəhəri Avropanın ən təhlükəli şəhəri hesab olunub.

Yenixeber.org:  Qitənin ən təhlükəli şəhərləri arasında ilk üçlükdə Marsel (Fransa), Birminqem və Koventri (Böyük Britaniya) yer alıblar. Top 10-a, həmçinin Şarlerua (Belçika), Neapol (İtaliya), Monpelye (Fransa), Lyej (Belçika), Qrenobl və Nant (hər ikisi Fransa) daxil edilib.

Reytinq bir neçə meyar üzrə tərtib olunub. Real olaraq ölçülə bilən cinayətkarlıq səviyyəsi ilə yanaşı, subyektiv qavrayış, məsələn, evlərin yarılması, oğurluq və ya hücum qorxusu da nəzərə alınır.

Bern, Münxen və Sürix Qərbi Avropada ən təhlükəsiz şəhərlər hesab olunub.

Dünyada ən təhlükəli şəhər isə Venesuelanın paytaxtı Karakasdır. Sonrakı yerlərdə Pretoriya (CAR), Port-Morsbi (Papua-Yeni Qvineya) və Durban (CAR) qərarlaşıb.

“Numbeo”nun məlumatına əsasən, Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi və Əcman şəhərləri dünyada ən təhlükəsiz şəhərlərdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam