Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

ÜST:"Ölkələr epidemioloji nəzarəti gücləndirməlidir"

Dünya ölkələri COVID-19-a yoluxma hallarının artması və EG.5 omikron ştammının variantının yayılması ilə əlaqədar epidemioloji nəzarəti gücləndirməlidir.
Yenixeber.org:  Bu barədə Cenevrədə keçirilən brifinqdə ÜST-nin sözçüsü Kristian Lindmayer bildirib.
“Epidemioloji nəzarətin aparılması vacibdir. Ölkələr nəzarəti və hesabatları xeyli azaldıb. Baş verənlərlə bağlı tam təsəvvür əldə etməsəniz, tam cavab vermək mümkün olmayacaq".
O bildirib ki, ÜST ölkələri daha çox müşahidələr aparmağa və monitorinqin nəticələri barədə daha çox məlumat verməyə təşviq edir.
Daha əvvəl ÜST bildirmişdi ki, bir ay ərzində dünyada koronavirusa yoluxanların sayı iki dəfə - 80% artıb. Təşkilatın məlumatına görə, iyulun 10-dan avqustun 6-dək infeksiyaya yoluxanların sayı təxminən 1,5 milyon, ölənlərin sayı isə 2,5 min nəfər təşkil edib. Təşkilat EG.5-in bütün dünyada sürətlə yayıldığını bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam