Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Erməni spiker İranın yeni səfiri ilə görüşdü

 Ermənistan parlamentinin spikeri Alen Simonyan İranın Ermənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani ilə görüşüb. 

Yenixeber.org:  Bu barədə "Armenpress" məlumat yayıb. 

Simonyan səfiri missiyasının başlanması münasibətilə təbrik edib, ona səmərəli fəaliyyət arzulayıb. 

"Daha sonra spiker dünən İranın Şiraz şəhərində terror qurbanı olmuş insanların ailələrinə və yaxınlarına, bütün İran xalqına başsağlığı verib və vurğulayıb ki, terrorla birgə mübarizə ilkin vəzifələrdən olmalıdır. Səfir cavabında qeyd edib ki, terrorizmin milli mənsubiyyəti və sərhədləri yoxdur və Ermənistanla İran arasında dostluğun əsası həm də terror aktlarının dərhal pislənməsidir. Spiker vurğulayıb ki, Ermənistan tərəfinin səyləri Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına yönəlib və bu, regionun bütün xalqlarına fayda verəcək", - məlumatda qeyd olunub. 

Tərəflər Laçın dəhlizi və Qarabağ ətrafında fikir mübadiləsi aparıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam