Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Şimali Koreya sərhədlərini aça bilər

Şimali Koreya pandemiyanın başlamasından bəri ilk dəfə sərhədləri qismən aça bilər
Şimali Koreya koronavirus pandemiyası səbəbindən 2020-ci ilin əvvəlindən bağlanmış sərhədlərini tezliklə aça bilər.
Yenixeber.org: Bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, avqustun 16-da səhər saatlarında sərnişinlə dolu olan iki avtobus Şimali Koreyadan qonşu Çinə yola düşüb. Maşınlar Sinuiju şəhərindən Dandun şəhərinə hərəkət edərək Amnokkan çayı üzərindən körpü ilə sərhədi keçiblər.
Materialda avtobusda KXDR milli taekvondo komandasının üzvlərinin ola biləcəyi göstərilir. İdmançıların Qazaxıstanda keçiriləcək İTF üzrə dünya çempionatında iştirak edəcəyi gözlənilir. Turnir avqustun 18-dən 27-dək baş tutacaq.
Keçən həftə “Koryo Tours” turizm agentliyi KXDR sərhədlərinin yaxın gələcəkdə açılacağını açıqlayıb. Pekində yerləşən Şimali Koreya şirkətinin bəyanatına görə, Pxenyan tezliklə bəzi məhdudiyyətləri aradan qaldıra və ölkə sakinlərinin xaricə səyahət etməsinə icazə verə bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam