Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu dövlətlər "Taxıl sazişi"ni əvəz edəcək yeni müqavilə hazırlayır

Rusiya, Türkiyə və Qətər taxıl sazişini əvəz edəcək yeni müqavilə hazırlayır.

Yenixeber.org: Bu barədə “Bild” nəşri Rusiya və Türkiyə XİN arasında 21 iyul və 8 avqust tarixlərindəki yazışmaları ələ keçirib.

Məktublardan belə çıxır ki, Moskva taxıl sazişindən çıxacağı ilə bağlı Ankaraya əvvəlcədən xəbərdarlıq edib. İndi Rusiya, Türkiyə və Qətər müddəti bitmiş müqaviləni əvəz etməli olan yeni üçtərəfli saziş üzərində işləyirlər. Rusiya taxılının əsasən Afrikadakı yoxsul ölkələrə tədarük edilməsi təklif edilir. Türkiyə təşkilatçı, Qətər təchizat sponsoru olaraq çıxış edəcək.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyadan əvvəlki taxıl müqaviləsini bərpa etməyi xahiş edib ki, taxıl Ukraynadan tədarük edilsin. Ankara həmçinin BMT-nin himayəsi altında fəaliyyət göstərməyi təklif edir.

Yeni müqavilə bu həftəsonu Budapeştdə bağlana bilər. Bunun üçün Tatarıstanın rəhbəri Rüstəm Minnixanov artıq ora uçub. Ərdoğan da oraya gələcək.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam