Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

ABŞ bu ölkədən iki bazasını çıxaracaq -SƏBƏB

2019/12/downl-1577439062.jpg  

ABŞ hərbi komandanlığı ehtiyat tədbiri olaraq Nigerdən iki bazanın boşaldılması barədə planlar hazırlayır.

Yenixeber.org: Bunu ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı general Ceyms Hekker jurnalistlərə açıqlamasında deyib.

"Əlbəttə, biz ümid edirik ki, Nigerdəki böhranın sülh yolu ilə diplomatik həllini tapa biləcəyik və bundan sonra oranı tərk etmək məcburiyyətində qalmayacağıq", - general bildirib.

Söhbət pilotsuz təyyarələrin bazasından, eləcə də terrorçulara qarşı mübarizə üçün istifadə edilən bazadan gedir.

Hekker əlavə edib ki, ABŞ ordusu indi bu bazaların Nigerdən başqa hansı ölkələrdə yerləşə biləcəyini müəyyənləşdirir.

Qeyd edək ki, sözügedən bazalar paytaxt Niameydə və Nigerin şimalındakı Aqadez şəhərində yerləşir.

Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı mühafizəçiləri tərəfindən saxlanılıblar. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edilib və sərhədlər bağlanıb.("Associated press")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam