Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Zelenskinin "sülh formulu"nu dəstəkləyən ölkələrin sayı artır

Ukrayna Prezidenti Volodimir Zelenskinin "sülh formulu"nu daha 8 ölkə dəstəkləyib.

Yenixeber.org: Bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

O bildirib ki, Zelenskinin “sülh formulu”nu dəstəkləyən ümumi sayı 63-ə çatıb. 

Dəstəkləyən ölkələr arasında Albaniya, Kipr, Malayziya, Moldova, Malta, Sloveniya, Tailand və digər dövlətlər var.

Yermak qeyd edib ki, avqustun 18-də bu ölkələrin səfirləri ilə görüş baş tutub. Burada “sülh formulu” ilə yanaşı, Rusiya və Ukrayna arasında hərbi münaqişənin ekoloji nəticələri də müzakirə edilib.

Xatırladaq ki, avqustun 5-6-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin həlli ilə bağlı danışıqlar aparılıb. İclasda 42 ölkənin nümayəndəsi iştirak edib. Onlar prezident Zelenskinin “sülh formulu”nu müzakirə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam