Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

ABŞ F-16 qırıcılarını Ukraynaya bu şərtlə verə bilər -AÇIQLAMA

2018/01/FG15-2299_004-F16-ConfRm-v2-2-F-16s456456_1516015875.jpg
   
“ABŞ-ın Ukraynaya F-16 qırıcı təyyarələri verməsi üçün Kiyev hakimiyyəti yerdə lazımi logistikanı təmin etməli və ukraynalı pilotlar ingilis dilini öyrənməlidir”.

Yenixeber.org: Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsünün müavini Sabrina Sinq deyib.

O bildirib ki, təlimlər başa çatandan sonra Konqres F-16-ların Ukraynaya verilməsini təsdiqləyəcək, amma əvvəlcə sözügedən şərtlər yerinə yetirilməlidir: “ABŞ ukraynalı pilotların hazırlanmasına kömək etməyə hazırdır. Ukraynanın təlim üçün göndərəcəyi pilotların sayı ilə bağlı hələ qərar qəbul olunmayıb”.

Qeyd edək ki, ukraynalı pilotların hazırlanması proqramına Danimarka və Hollandiya rəhbərlik edir.

Xatırladaq ki, avqustun 20-də Niderland və Danimarka hökumətləri Kiyevə F-16 qırıcıları verəcəklərini açıqlayıb. Ukraynalı pilotlar və mühəndislər artıq bu təyyarələrdən istifadə qaydalarını öyrənməyə başlayıblar. Danimarka gələn ilə qədər ilk F-16-ları Ukraynaya göndərməyi planlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam