Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Tramp bu gün həbs oluna bilər

Tramp bu gün həbs oluna bilər
ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkilərin nəticələrinə müdaxilə etməsi ittihamı ilə bu gün Corciya ştatındakı məhkəmədə təslim olacağı və həbs ediləcəyi gözlənilir.
Yenixeber.org: Keçmiş prezidentin Fulton həbsxanasına göndəriləcəyi və hər kəs kimi onunla rəftar edilərsə, “alçaldıcı təcrübə” yaşayacağı deyilir.
Tramp ona qarşı irəli sürülən ittihamlarda özünü müdafiə etmək üçün üç dəfə məhkəmə qarşısına çıxıb. O, ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Amma Corciyadakı proses digərlərindən fərqli ola bilər. Respublikaçı siyasətçiyə Nyu-York, Florida və Vaşinqtondakı məhkəmə proseslərində xüsusi münasibət göstərilib. Tramp digər cinayətkarlarla əlaqə saxlamalı olmurdu və polis faylı üçün fotoşəkili çəkilmirdi.

Amma Fulton şəhərinin şerifi Patrik Labat Tramp üçün digər şübhəlilərə tətbiq edilən “normal” prosesin tətbiq ediləcəyini vurğulayıb.

Tramp irəli sürülən ittihamları rədd edərək, ona qarşı ifritə ovuna başlanıldığını iddia edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam