Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ukrayna kəşfiyyatının Krımdakı əməliyyatının detalları açıqlandı -RƏSMİ

 Ukrayna kəşfiyyatının Krım yarımadasında keçirdiyi əməliyyatın detalları məlum olub.

Yenixeber.org: Bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov danışıb.

O bildirib ki, xüsusi əməliyyat zamanı ən müasir silahlardan istifadə olunub: “Çox güclü əməliyyat keçirdik. Qarşı tərəfin bizim qarşıya qoyduğumuz tapşırıqların icrasına mane olmaq imkanı yoxdur”.

O.Danilovun sözlərinə görə, bundan əvvəl də təhlükəsizlik qüvvələri müxtəlif xüsusi əməliyyatlar keçirib: “Amma onların hamısı haqqında məlumat vermək olmaz. Bircə onu deyə bilərəm ki, müharibə bütün torpaqlarımız, o cümlədən Krım azad olunmayanadək bitməyəcək”.

Təhlükəsizlik və Müdafiə Şurasının katibi əlavə edib ki, zərurət yaranarsa, yarımada hərbi yolla azad olunacaq: “Əgər qarşı tərəf bizim torpaqlarımızdan mümkün qədər tez çıxmasa, bu, belə də olacaq”.

Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da Krımda quru əməliyyatlarına başlayacaqlarını söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam