Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu ölkədə Quranın yandırılması qadağan ediləcək -  RƏSMİ AÇIQLAMA

Danimarka Quranın yandırılmasını rəsmən qadağan edəcək. Bu barədə cümə günü ölkənin ədliyyə naziri Peter Hammelho mətbuat konfransında bildirib.
Yenixeber.org: Danimarka hökuməti müsəlmanların müqəddəs kitabının yandırılması, din və mədəniyyətə xələl gətirən digər bu kimi hadisələr zamanı hərəkətlərə məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirmək niyyətindədir. “Hökumət dini icma üçün dini əhəmiyyət kəsb edən obyektlərlə yanlış rəftar edilməsini qadağan edən qanun layihəsini təklif edəcək”, - deyə Hammelho bildirib.

O da qeyd edilib ki, ictimai yerlərdə Quran, İncil və digər müqəddəs kitabları yandıranlar cəzalandırılacaq.

Yada salaq ki, iyulun 12-də BMT-nin İnsan Hüquqları Şurası səsvermənin nəticələrinə əsasən, müqəddəs kitabların yandırılması ilə bağlı hərəkətləri pisləyən qətnamə qəbul edilib. Sənəddə Qurani-Kərimin açıq və məqsədyönlü şəkildə təhqir edilməsinə dair son zamanlar həyata keçirilən  aktlar pislənilir və qəti şəkildə rədd edilir.

Qeyd edək ki, BMT-də İsveçdə Quranın yandırılması ilə bağlı növbədənkənar sessiyada səsvermə keçirilib. 28 ölkənin nümayəndəsi lehinə, 12-si əleyhinə səs verib, 7 nümayəndə bitərəf qalıb. Rusiya bu qətnaməni dəstəkləyib, lakin şuranın üzvü olmadığı üçün səs verə bilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam